Rusiya komandasının azərbaycanlı baş məşqçisi başını keçəl qırxdırdı - FOTO

Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədov Rio-de-Janeyro Olimpiadası ərəfəsi verdiyi sözə əməl edib.

AzerTaym.az Modern.az-a istinadən bildirir ki, o, yetirmələrinin iki yüksək əyarlı mükafat – qızıl medal qazanacağı təqdirdə saçını tamam qırxdıracağına söz verib. 

 Azərbaycan əsilli baş məşqçinin sözlərinə görə, yetirmələri ona yeni saç düzümü ediblər.

 İlqar Yaşar oğlu Məmmədov 1965-ci il noyabrın 15-də Bakıda anadan olub. SSRİ və Rusiya qılıncoynadanıdır, hazırda Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisidir. O iki dəfə (1988, 1996) Olimpiya çempionudur, SRRİ-nin əməkdar idman ustasıdır, 1989-cu ildə dünya çempionu titulunu da qazanıb. 1995-ci il dünya çempionatının gümüş mükafatçısıdır. 1995, 1996, 1998 və 2000-ci illərdə - dörd dəfə Avropa Kubokunun qalibi olub. SSRİ və Rusiyanın çoxsaylı mükafatlarını alıb, SSRİ və Rusiya Kubokunu da qazanıb.






Fikirlər