2 idmançımız qızıl MEDAL qazandı
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri davam edir. “Qafqazinfo” xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığmasının üzvü 97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baranı 5:0 hesabı ilə yenib və qızıl medal qazanıb. Komandaya ikinci qızıl medalı Rafiq Hüseynov (75 kq) qazandırıb. O, Rusiya təmsilçisi Çingiz Labazanovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.