Zidan o məşhur hərəkətinə görə üzr istədi - VİDEO
“Real”ın baş məşqçisi Zinəddin Zidan DÇ-2006-nın İtaliyaya qarşı keçirilən final oyununda rəqib oyunçu Marko Materatsini kəllə ilə vurduğu üçün futbol ictimaiyyətindən üzr istəyib. Teleqraf.com xəbər verir ki, “Telefoof” nəşrinə müsahibəsində o, bu hərəkətinə görə fəxr etmədiyini söyləyib. “Uşaqlardan, məşqçilərdən və futbolu inikal idman növünə çevirən bütün insanlardan üzr istəyirəm. Bu hadisə mənim futbolçu karyeramın bir hissədir. Əlbəttə, xoş olay deyil. Amma bu faktı qəbul etməliyik” – deyə o qeyd edib.