Hakimin yaxından köməyi ilə “Çelsi” “Qarabağ”a qalib gəldi - VİDEO

71ae1ca920bcda2b169a16b87f6dbdc1

Çempionlar Liqasında V turun növbəti oyunları keçirilib

 

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.
Oyun Bakı Olimpiya Stadionunda keçirilib.
21-ci dəqiqədə portuqaliyalı hakim Manuel de Souzanın uydurduğu penalti zərbəsindən sonra Azar hesabı açıb. Bu azmış kimi, həmin epizodda Rəşad Sadıxova qırmızı vərəqə göstərilib. Bundan sonra “Çelsi” daha bir dəfə fərqlənə bilib – 37-ci dəqiqədə Villian ikinci topu vurub.
Oyunun 71-ci dəqiqəsində hakim “Qarabağ”ın qapısına daha bir əsassız 11-metrlik cərimə zərbəsi təyin edib. Fabreqas hesabı 3:0-a çatdırıb. 85-ci dəqiqədə yenidən Villian fərqlənib və son nəticəni müəyyən edib – 4:0.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
22 noyabr, C qrupu
21: 00. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 0:4
Qollar: Eden Hazard, 21-pen, Villian, 36, Fabregas, 73-pen, Villian, 85
Qollar: Eden Hazard, 21-pen, Villian, 36
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 (“Qarabağ”)
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu

 

 






Fikirlər