“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində - Tarixi UGUR

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Turnirdəki təmsilçimiz “Qarabağ” "Kopenhagen" ilə qarşılaşır.

Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimal hesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək.

Bu, baş verərsə, “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşü

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko 
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla

Kopenhagen. “Parken” stadionu

***

İlk hissənin sonuncu dəqiqəsində "Kopenhagen" futbol klubu hesabı açıb: 1-0 

Oyunun ilk hissəsinə 2 dəqiqə vaxt əlavə olunsa da, başqa qol vurulmayıb və komandalar fasiləyə yollanıblar. 

Qeyd edək ki, Bakıda keçirirlən ilk oyun "Qarabağ"ın 1-0 üstünlüyü ilə bitmişdi. Bununla da ümumi hesab bərabərləşmiş oldu. 

***

"Qarabağ" klubu oyunun ikinci hissəsində, 64-cü dəqiqədə Dinonun qolu ilə hesabı bərabərləşdirir. Bundan cəmi 2 dəqiqə sonra, 66-cı dəqiqədə "Kopenhagen" klubu oyunda ikinci qolunu vurub: 2:1 Bununla da ümumi hesab yenidən bərabərləşib: 2-2

 Oyunda başqa qol olmayıb və "Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə keçib. 






Fikirlər