Ömürlük cəza alan FUTBOLÇU xarici ölkədə OYNAYA BİLƏRMİ?

Ömürlük cəza alan futbolçu xarici ölkədə OYNAYA BİLƏRMİ?

Xəbər verdiyimiz kimi, “Keşlə”nin müqaviləsinə xitam verdiyi Mirhüseyn Seyidovu AFFA ömürlük futboldan uzaqlaşdırıb. M.Seyidov bu qadağadan sonra karyerasına xaricdə davam etdirmək qərarına gəlib.

Bəs bu, hüquqi cəhətdən mümkündürmü? Bu suala cavam tamağa çalışdıq.

Publika.az-ın suallarını cavablandıran PFL-in Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov bunları dedi:

“Qaydalara görə, istənilən oyunçu xarici klublarda oynamaq istəyirsə, ilk olaraq onun son klubunun çıxış etdiyi assosiyasiyadan transfer vərəqəsi həmin Federasiyaya göndərilir. Əks halda heç bir futbolçu başqa klubda oynaya bilməz. Hər hansı bir ciddi cəzalar varsa bununla bağlı da qeydlər göndərilir. Proseslər belə davam edir. Hazırda məsələ ölkə daxilində həll edilib. Amma nəzərə almaq lazımdır ki, futbolçuların 15 gün müddətinə apelyasiya şikayəti etmək hüququ var. Bu haqda yekun məlumat isə yalnız həmin qərardan sonrakı proseslərin nəticəsinə görə dəqiqləşir”.






Fikirlər