05.09.2014- Dünya futbol tarixində ən sərt cəza

05.09.2014- Dünya futbol tarixində ən sərt cəzaO, hakimə başla zərbə endirib.

Dünya futbol tarixində görünməmiş hadisə baş verib.

"AzerTatm.az" Apasport.az saytına istinadən məlumat verir ki, avstriyalı futbolçu ən böyük cəzaya məruz qalıb.
Belə ki, sözügedən ölkə çempionatının beşinci divizionunda keçirilən “SK Rum” – Qərbi İnsbruk” (2:3) klubları arasında görüşdə birincilərin futbolçusu İsmayıl Gündüz hakimə başla zərbə endirdiyi üçün dünya futbol tarixində ən böyük cəza ilə üzləşib. O, 70 oyunluq diskvalifikasiya olunub.
“SK Rum”un yarımmüdafiəçisi görüşün 86-cı dəqiqəsində ikinci sarı vərəqə alan zaman qarşılaşmanın referisinə kəllə vurub. Bu isə İsmayıla baha başa gəlib. Avstriya Futbol Federasiyası onu 70 oyunluq yaşıl meydanlardan kənarlaşdırırb.

Qeyd edək ki, reqlamentə əsasən maksimal diskvalifikasiya 108 oyundur. Bu vaxta qədər bir dəfə – Almaniya çempionatının ən aşağı divizionlarının birində futbolçu 46 matç cəza alıb.






Fikirlər