Meydana SİLAHLA girən klub PREZİDENTİNƏ ağır cəza

Meydana silahla girən klub prezidentinə ağır cəza

Yunanıstan Super Liqasının AEK-lə ev oyununda hakimin qərarına etiraz olaraq meydana silahla daxil olan PAOK-un prezidenti İvan Savvidisə sərt cəza verilib.

“Qafqazinfo” xəbər verir ki, federasiya klub prezidentini 3 il müddətə futboldan uzaqlaşdırılıb. O, bu müddət ərzində futbol oyunlarına gələ bilməz.

 
Qeyd edək ki, Super Liqada 25-ci tur çərçivəsində keçirilən PAOK - AEK matçının sonlarında baş verən olaylar və meydan sahiblərinin prezidenti İvan Savvidisin meydana silahla daxil olmasına görə ölkədə çempionat təxirə salınmışdı.






Fikirlər