Rəşad Sadıqov meydana qayıdır

Rəşad Sadıqov meydana qayıdır Bir müddətdi zədə səbəbindən “Qarabağ” və milli komandaya kömək edə bilməyən Rəşad Sadıqov sağalır. Milli komandanın kapitanı meydana dönməyə hazırlaşır.
Məlumata görə, artıq Sadıqov oynamağa hazırdı. Onun Premyer Liqanın XIV turunda “Turan”la keçiriləcək oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Turan” oyunu noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.






Fikirlər