MESSİ"VURDUĞU QOLLARIN sayı ilə SALAHA çatdı - SİYAHI
İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi futbol üzrə ölkə çempionatının 31-ci turunda “Leqanes”in qapısına vurduğu 3 qoldan sonra (3:1) “Qızıl buts” uğrunda mübarizədə “Liverpul”un (İngiltərə) xavbeki Məhəmməd Salaha çatıb. AzerTaym.az xəbər verir ki, indi argentinalı və misirli hər il UEFA-ya daxil olan ölkələrin milli çempionatlarında ən yaxşı bombardirə verilən mükafat uğrunda mübarizədə birinci yeri bölüşür. 2017-ci ildə mükafatın sahibi Messi olub. O, 2016/17-ci illər mövsümündə 37 dəfə fərqlənib. Report.az