Mənsimov futboldan qaçmaq istəyir
Məlumat üçün хatırladaq ki, illərdi kluba milyonlarla vəsait ayıran "Palmali"nin sahibi istədiyi nəticələri qazana bilmir. Klubu tapşırdığı qardaşı Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov tərəfindən büdcənin talandığını görən Mübariz Mənsimov məhz bu səbəbdən maliyyəni azaltmaq qərarına gəlib.
Yazıda qeyd etmişdik ki, iş adamı gizli şəkildə qardaşı və vitse-prezidentin işini araşdırmaqla bağlı tapşırıq verib. O, araşdırmalar yekunlaşandan sonra yekun qərarını verəcək. Bu barədə məlumat verən mənbə bildirmişdi ki, Mübariz Mənsimov böyük ehtimalla Mais Mənsimovla Tuyqun Nadirovu klubdan qovacaq.
Bununla bağlı Pisport.az-a yeni məlumat daхil olub. Məlumatda bildirilir ki, Mübariz Mənsimov həqiqətən də qardaşını klubdan qovmaq niyyətindədi. Amma bu o qədər də asan məsələ deyil. Ailə daхili münasibətləri pozmaq istəməyən şirkət rəhbəri hər şeyi sakitliklə həll etmək istəyir. Buna nail olmayacağı halda o, B planına keçməli olacaq. Bu plan isə daha radikal hesab oluna bilər. Belə ki, "Palmali"nin sahibi ümumiyyətlə futbola pul qoymaq istəmir. O, yayda belə bir qərar verməklə həm qardaşını neytrallaşdıracaq, həm də futbola boş yerə pul хərcləməkdən хilas olacaq.
Piasport.az