05.02.2014. - Z.Məmmədov qardaşını işdən çıxardı
Xatırladaq ki, bir neçə müddət əvvəl nazir Ziya Məmmədovun başçılığı ilə “Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib. Həmin iclasda nazir vurğulayıb ki, ağıryüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir.
Qeyd edək ki, problem barədə millət vəkili Çingiz Qənizadə dəfələrlə mətbuatda çıxış edib. Onun təklifləri də naziriliyin kollegiya iclasında müzakirə olunmuşdu. Görünür, mövcud problemlər həll edilmədiyinə görə nəqliyyat naziri Ziya Məmmədov qardaşını vəzifədən azad edib. Hər halda bu problemin həll olunmasına daha səlahiyyətli orqanlar da cəlb olunub. Belə ki, yolların çəkilişinə hər il milyonlarla vəsait ayrılsa da , bir neçə müddətdən sonra çəkilmiş yollar yararsız vəziyyətə düşür.