ŞAHMATÇILARIMIZ Ermənistanı MAT ETDİ...
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. "AzerTaym.az" xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5. Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. Ermənistan – Azərbaycan – 1,5:2,5 Levon Aronyan – Şəhriyar Məmmədyarov – 0:1 Qabriel Sargissyan – Teymur Rəcəbov 0 :1 Qrant Melkumyan – Arkadi Naydiç – 1:0 Hayk Martirosyan – Rauf Məmmədov – 0,5 – 0,5 Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.