Arda Turan müğənninin BURNUNU QIRDI
“Başakşəhər” klubunun futbolçusu Arda Turan qalmaqalla gündəmə gəlib. “AzerTaym” xəbər verir ki, o, müğənni Bərkay Şahini döyüb. Ulduz futbolçu müğənni ilə mübahisə etdikdən sonra onun burnunu qırıb. Davadan sonar Bərkay xanımı ilə birlikdə xəstəxanaya yollanıb. Hadisə ilə bağlı araşdırma gedir.