14.05.2014. - «Bank of Azerbaijan» jurnalisə 90 min «atıb»?!

14.05.2014. -  «Bank of Azerbaijan» jurnalisə 90 min «atıb»?!14.05.2014. -  «Bank of Azerbaijan» jurnalisə 90 min «atıb»?!












Samir Feyruzov: «Pulu geri verməmək üçün hər gün məni çağırıb min dənə bəhanə uydururlar»

«Səs» Media Qrupunun aparıcı jurnalisti, «Space» telekanalının sabiq əməkdaşı Samir Feyruzovla «Bank of Azerbaijan» arasında problem pik həddə çatıb.

"AzerTaym.az" xəbər verir ki, Bu barədə TİA.AZ-a jurnalistin özü məlumat verib.
O bildirib ki, bir müddət əvvəl o qohum-qərabaları ilə birlikdə sözügedən banka 90 min manat depozit qoyub. Həmin pulun 30 min manatı Samir Feyruzovun, 30 min manatı dayısı qızı Ülkər Bünyatovanın, 30 min manatı isə dayısı nəvəsi Həsən Hüseynovun adına yerləşdirilib. İndi isə zərurət yarandığından bankdan həmin pulunu geri çəkmək istəyən həmkarımız sözün həqiqi mənasında ələ salınır.

Samir Feyruzov TİA.AZ-a bildirib ki, o, hər gün «Bank of Azerbaijan»a gedib-gəlməkdən bezib. «Hər gün banka gedib-gəlirəm. Pulu vermək istəmirlər. Bankın Müştəri Xidmtləri Departamentinin rəhbəri Aygün Balayeva və bankın səlahiyyətli nümayəndəsi Kamran adlı şəxs məni demək olar ki, ələ salırlar. Gah deyirlər, saat 5-də gəl, gah deyirlər sabah filan saatda burda ol. Mən onlardan öz hallaca pulumu istəyirəm. Amma bəhanə gətirirlər ki, bankın rəhbərliyi yeni dəyişib, nə bilim Milli Bank onları sıxışdırır. Bunların mənə dəxli var? Mən 90 min manatlıq depozit qoymuşam və bu gün həmin pulu geri istəyirəm».

Jurnalist baş verənlərdən bezdiyini, belə davam edərsə hüquqi müstəvidə banka qarşı mübarizə aparacağını açıqlayıb. O bildirib ki, əziyyətlə qazandıqları pulu hansısa müftəxor bir banka bağışlamaq fikrində deyillər. «Mən haqqım olanı istəyirəm. Onlardan nə kredit istəyirmə, nə də borc pul. Öz halal pulumu tələb edirəm. Amma belə baxıram ki, «Bank of Azerbaijan»ın rəhbərliyi mənim halal pulum olan 90 min manatımı geri vermək istəmir. Belə davam edərsə, onlara qarşı hüquqi müstəvidə mübarizə aparmaq məcburiyyətində qalacam»
.






Fikirlər