“İdeal” mağaza şəbəkəsindən “ideal” fırıldaq- ÖZƏL

"İdeal” parfumeriya ve kosmetika mağazalar şəbəkəsindən şikayətlər ünvanlanır

Elnarə Əliyeva 2 ay qabaq firmadan tanal krem alıb. 
Onun sözlərinə görə, kremin üzərində istehsal tarixi ştrix kodla olub deyə baxa bilməyib: "Məsləhətçi baxıb yalandan dedi ki, təzədir və istifadə vaxtının bitməsinə hələ var. Firmanın rəsmi saytına baxanda gördüm ki, vaxtı keçibmiş. 
Mən onların aldatdıqları tək müştəri deyiləm. İndiyə qədər neçə insanı belə aldadıblar. Təkcə tanal kremlərində yox, digər məghsullarında da bu hallar baş verir”.
Politika.Az yada salır ki, mətbuatda bu mağazalar şəbəkəsi haqda tez-tez şikayətlər dərc olunur. "İdeal" mağazalar şəbəkəsində satılan ətirlərin saxta olduğu deyilir.
Parfümeriya məhsullarına gömrük rüsumu böyük olmasa da, bu mağazalarda qiymətlər çox bahadır.

İdeal" mağazalar şəbəkəsində müştərilərə təklif edilən ətir və kosmetik vasitələrin qiyməti baha olsa da, keyfiyyəti çox aşağıdır. 
"Chanel”, "Dior”, "Lancome”, "Guerlain”, "Bourjois”, "Calvin Klein”, "Collistar”, "Chopard”, "Gucci", "Burberry", "İsadora", "Hugo Boss", "Kenzo", "Lacoste", "Lanvin", "Lumene" kimi brend ətirlərin qiyməti qramından asılı olaraq 70-250 manat arasında dəyişir. 
Bir müddət əvvəl də Leyla Kərimli adlı Feysbuk istifadəçisi "İdeal” parfumeriya mağazalar şəbəkəsindən şikatəçi idi. Vətəndaş bir neçə ay bundan əvvəl İDEAL perfumery&cosmetics-dan karandaş alıb.
Onun sözlərinə görə, şirkətdən alınan Collistar firmasının göz karandaşının ucu normal yazırdı: "Biçiləndən sonra isə yazmır, nə qədər biçilsə də, içi yazmayandır. Yalnız bərk basanda ələ (adi vərəq karandaşı kimi) yazmaq olur. 

Amma gözə mümkün deyil. İdeal-a yazdım, təbii ki, çek istədilər. Amma onlarda bu cür geydirmə məhsul olduğunu düşünmədiyim üçün çeki saxlamamışdım aylarla”. 






Fikirlər