"AFB Bank"ın rəhbərliyinə yeni TƏYİNAT OLDU

"AFB Bank" ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub. 

"APA-Economics" xəbər verir ki, Anar Bayramov bankın İdarə Heyətinin üzvü, eyni zamanda baş direktoru vəzifəsinə təyin olunub.

Beləliklə, bankın İdarə Heyətinin üzvlərinin sayı 5-ə, baş direktorlarının sayı isə 3-ə çatıb.
A.Bayramov bank sektorunda 2006-cı ildən fəaliyyətə başlayıb. Belə ki, 2006-2008-ci illərdə "AccessBank"da daxili auditor vəzifəsini tutub, 2008-2013-cü illərdə isə "Yapı Kredi Bank Azərbaycan"da analoji vəzifədə çalışıb. 2013-2017-ci illərdə isə "Yapı Kredi Bank Azərbaycan"da filial direktoru kimi fəaliyyət göstərib.
AzerTaym.az






Fikirlər