Şahzadələrin həbsi nefti BAHALAŞDIRDI: u 27 ayın REKORDU VURULDU
Brent markalı neftin qiyməti 62,87 dollara çatıb. AzerTaym.az xarici KİV-ə istinadən xəbər verir ki, “qara qızıl”ın qiyməti 2015-ci ilin iyulundan bəri ən baha qiymətə satılır. Qeyd olunur ki, neftin bahalaşaması Səudiyyə Ərəbistanında 11 şahzadənin və 4 nazirin həbsi ilə bağlıdır. Ötən gün Səudiyyə Ərəbistanında baş tutan antikorrupsiya əməliyyatı çərçivəsində 11 şahzadə, 4 nazir, TV sahibləri və iş adamları da daxil olmaqla 38 nəfər saxlanılıb. Əməliyyatın arxasında iqtidarını möhkəmləndirmək və həyata keçirəcəyi islahatlara zəmin hazırlamaq istəyən 32 yaşlı səudiyyəli vəliəhd şahzadə Mohammed bin Salmanın dayandığı deyilir. Saxlanılanlar arasında Tvitterin ikinci ən böyük səhmdarı, 17 milyardlıq sərvətin sahibi olan şahzadə Əl Valid bin Talad da var.
Xarici agentliklər şahzadə Mohammed bin Salmanın köklü antikorrupsiya islahatları aparmaq üçün atası Kral Salmanın tam dəstəyini aldığını bildirirlər.
Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Suud əl Mucib şübhəlilərin istənilən ölkə vətəndaşı ilə eyni haqqa sahib olduğunu və onlara fərqli münasibət göstərilməyəcəyini bildirib.