“Hökumətin uzunmüddətli iqtisadi dəstək planı hazırlamasına EHTİYAC VAR” – Rövşən Ağayev

“Hökumətin uzunmüddətli iqtisadi dəstək planı hazırlamasına ehtiyac var” – Rövşən Ağayev

Yaranmış qeyri-müəyyənlik və iqtisadi sarsıntılar ilin sonuna qədər davam edə bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri qlobal iqtisadiyyatda baş verən proseslərin təsirlərini təhlil edən iqtisadçı Rövşən Ağayev bildirib.

Rövşən Ağayevin fikrincə, qlobal iqtisadiyyatda tənəzzül və durğunluq uzun müddət davam edəcək:

“Hökumətin vətəndaşlara və biznesə yardımları qısamüddətli dəstəkdir. Hökumətin daha uzun müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır. Hətta mayın 4-də karantin rejimi yumşadılsa da, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə qədər Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq.

Bu baxımdan ölkədə elmi müəssisə və müstəqil “beyin mərkəzləri”ndən ibarət müətəxəssislərin cəlb edildiyi qrup yaxın, orta və uzaq dövr üçün gözləntiləri əks etdirən bir sənəd hazırlamalıdır.

Bu sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir. Yardımlarla bağlı şəffadlıq artırılmalıdır. Təkcə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır, həm də Mərkəzi Bankın bank sektoruna dəstəyi çox detallı və operativ şəkildə ictimaiyyətə çatdırılmalıdır.

Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlanmalıdır. Nəhayət, dövlət zəmanətilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır. Ən vacibi pandemiya ilə bağlı yardım alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır”.






Fikirlər