Azərbaycan neftinin qiyməti rekord həddə UCUZLAŞDI - 15 DOLLAR OLDU!

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 5,49 ABŞ dolları, yaxud 25,78% azalıb. 

 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 15,81 ABŞ dolları təşkil edib.

 Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.






Fikirlər