Acından ölməmək üçün bizə nə qədər pul lazımdır? - İqtisadçı açıqladı

Acından ölməmək üçün bizə nə qədər pul lazımdır? - İqtisadçı açıqladı

“Minimum istehlak səbəti ilə minimum əməkhaqqı arasındakı rabitə doğru deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

Mütəxəssis minimum əməkhaqqı ilə minimum istehlak səbəti arasındakı alqoritmin eyniləşdirilməsini təklif edib. Bunun səbəbləri izah edən iqtisadçı deyib: “Azərbaycanda orta statistik azərbaycanlı ailənin sayı 4 nəfərdən ibarətdir: 2 valideyn, 2 uşaq. Tutaq ki, hər 2 valideyn işləyir və minimum əməkhaqqı alır. Bu da edir 600 manat əməkhaqqı. Bu 2 nəfərin aldığı maaşla istehlak səbəti dolurmu?

Minimum yaşayış meyarının 220 manatı əmək qabiliyyətli adamlar üçündür, 193 manat isə uşaqlar üçündür. Bu da haradasa 400 manatdan artıq vəsait edir. Hələ burada yaşlı valideyn də ola bilər. Yəni bu hesabla götürəndə təxminən 400 manat valideynlər, 400 manat da uşaq üçün olarsa, ümumi məbləğ 800 manata çatır. Əgər bu gün minimum istehlak səbəti ilə minimum əməkhaqqını uyğunlaşdırmaq istəsək, onda minimum əməkhaqqı ən azı 800 manat olmalıdır. Lap 800 olmasın, 600 olsun”.

A. Nəsirli izah edib ki, Azərbaycanda əhalisi gəlirlərinin 60-70%-ini ərzağa xərcləyir:

“Son ayın rəsmi nəticələrinə görə, ərzaq qiymətləri 21% bahalaşıb. Amma inflyasiyanın alternativ ölçümündən istifadə etsək, bu rəqəmlər bəlkə də 21%-dən 10-15% artıq edər.

Bu da onu deməyə əsas verir ki, əhalinin gəlirləri çox ciddi şəkildə azalıb”.

Ekspertin sözlərinə görə, minimum istehsalk səbətini real gəlirlərlə doldurmaq olmur:

“Fikrimcə, əhalinin gəlirlərinin bərpa edilməsi baxımından, minimum istehlak səbətinin qiyməti ciddi şəkildə artırılmalıdır. Amma 10-15 manat yox. 

 

Qısası, minimum istehlak səbəti ilə minimum əməkhaqqı bir-birilə alqoritmik olaraq uyğunlaşdırılmalıdır. Çünki beynəlxalq iqtisadi modellərdə belə edilir, amma Azərbaycanda bu tendensiya niyə fərqlidir? Bilmirəm”.






Fikirlər