“Gilan”ın daha bir süd zavodu satışa çıxarıldı – Qiymətlər

Tərtər rayonunun Buruc kəndində ümumi sahəsi 4 min 198,2 m² olan süd zavodu satılır.
Yeniavaz.com
 xəbər verir ki, “Gilan” MMC tərəfindən inşa edilən süd emalı zavodunun açılşı 2011-ci ilin oktyabr ayında baş tutub.

Qeyd edək ki, satışa çıxarılan zavodun qiyməti 1 600 000 manat təşkil edir.
Onu da qeyd edək ki, təxminən bir il əvvəl “Gilan” MMC tərəfindən 2010 və 2012-ci illərdə istifadəyə verilən daha 2 süd zavodu satışa çıxarılıb. Belə ki, ötən ilin may ayında Ağcabədi şəhərində yerləşən zavod 1 750 000 manata, Zaqatala rayonunun Muxax kəndində yerləşən zavod isə 1 730 000 manata satışa çıxarılıb.






Fikirlər