Adına kredit olan şəxs vəfat edərsə, borcu kim ödəməlidir? - YENİ QAYDALAR
Mərkəzi Bank istehlak kreditləri ilə bağlı qaydalara dəyişiklik edib. Yeni qaydalara əsasən, istehlak kreditləşməsində sığortadan istifadə olunacaq. Bunu "Xəzər Xəbər"ə millət vəkili Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, əvvəlki dövrlərdə isə kredit götürən vətəndaş əgər vəfat edərdisə, bu zaman kredit onun ailəsi tərəfindən qaytarılırdı, bəzi hallarda bu, ailə üçün ciddi maliyyə yükü yaradırdı. V.Bayramov bildirib ki, digər mühüm məqam əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarının genişləndirilməsi və eyni zamanda əlillik dərəcəsində dəyişiklik baş verirsə, bunun sığorta tərəfindən kompensasiya edilməsidir. Millət vəkilinin sözlərinə görə, kredit faizlərinin azalması da bütövlükdə kredit götürmək istəyən vətəndaşlar üçün yeni imkandır. Proses daha ucuz, daha aşağı faizlə kreditlərin əldə edilməsinə imkan yaradacaq. Ətraflı süjetdə: