BANKA HAKER hücumu: 500 MİLYON dollarlıq əmr

Rusiyalı hakerlər xüsusi proqram vasitəsilə rubl/dollar məzənnəsini dəqiqələr ərzində 15%-dən çox oynadıblar.

 AzerTaym.az “Bloomberg”ə istinadən xəbər verir ki, məsələni araşdırmaq tapşırılmış kibertəhlükəsizlik şirkətinə (Group-IB) görə, hakerlər “pisməqsədli” proqram vasitəsilə regional rus bankının hesablarına daxil olub, rubl/dollar məzənnəsini dəqiqələr ərzində 15%-dən çox oynadıblar. Hakerlər “Corkow Trojan” olaraq bilinən bir virusla Kazanda yerləşən “Energobank”ın hesablarına daxil olub, məzənnə üzərindən 500 milyon dollarlıq əmr daxil ediblər.

 

Şirkət hücumun arxasında kimlərin olduğunu açıqlamayıb.

 

“Group-IB”nin kiberkəşfiyyat bölməsinin rəhbəri Dmitri Volkov bildirib ki, bu, virusdan istifadə edilərək həyata keçirilən ilk hücumdur və daha çox zərərə gətirib çıxarma potensialı daşıyır.

 






Fikirlər