Beynəlxalq Bank SOCAR-a KREDİT verib

“Beynəlxalq Bank SOCAR-a kredit verib

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ildə SOCAR-a 1 mlrd. 291 mln. manat kredit ayırıb. 

AzerTaym.az  APAya istinadən xəbər verir ki, kredit dövlət zəmanəti ilə verilib. Həmin vəsait Heydər Əliyev adına Bakı neft emalı zavodunun və «Azərkimya» İstehsalat Birliyinin genişmiqyaslı modernləşdirilməsinə yönəlib.

Ötən il Beynəlxalq Bankdan kredit götürülməsi və vaxtında qaytarılmaması ilə bağlı bir çox işadamı həbs edilib. Bəzi iş adamları isə ölkəni tərk etdiyindən axtarışa verilib.

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev də hazırda həbsdədir.






Fikirlər