“KREDİT İŞİ” İLƏ BAĞLI YENİ HƏBSLƏR… – Beynəlxalq Bankın filial rəhbərləri də tutuldu

 

cahangir haciyev beynelxalq bank istefa azpolitika.info 1Həbs olunanlar arasında Beynəlxalq Bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları da var

Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları –Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.
Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, yeni tutulanların əksəriyyəti Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin ən yaxın ətrafına daxil olan şəxslərdir. Bu üzdən də proseslərin inkişafından asılı olaraq Cahangir Hacıyevin də  həbs ediləcəyi istisna olunmur.

Vaqif
AzPolitika.info

 

 






Fikirlər