BÜDCƏYƏ dəyişiklik EDİLİR
Dövlət büdcəsində dəyişiklik edilməsi nəzərdə tutulur. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Deputat komitə iclasında qeyd edib ki, yaxın zamanlarda bununla bağlı iclas ıolacaq və orada 2018-ci ilin büdcəsində dürüstləşdirmə məsələsi müzakirə olunacaq: “Dövlət büdcəsində dürüstləşdirmə, dəyişiklik nəzərdə tutulur. Bu da neftin qiyməti ilə bağlıdır”. Komitə sədri həmçinin çıxışında borclanma strategiyasının yaxın günlərdə hökumətə təqdim olunacağı barədə də danışıb. O, qeyd edib ki, borc siyasəti elə qurulmalıdıdır ki, yeni texnologiyalar ala bilək: “Hazırda dövlətin borc siyasəti məqbuldur. Devalvasiyadan sonra dövlətin xarici borcu 24%-ə qalxıb".