AzMA-dan qiyamçı rektorun başçılıq etdiyi ÜÇLÜK HAQQINDA İLGİNC İTTİHAM...

Azərbaycan Müqavimət Alyansı (AzMA) adından 

                                        B Ə Y Ə N A T 
Avropada bir qrup “işbaz” gündəmdə qalmaq və özlərinin qaranlıq keçmişlərindən diqqəti yayındırmaq üçün mütəmadi olaraq Azərbaycanın dəyərli insanlarını hədəfə alırlar. Abdullayev Elşad, Əliyev Riyad və Rzayev Qabildən ibarət olan bu qrup insanlarımızı qaralamaq üçün ən axırıncı yola getməyə belə hazırdırlar. 
Biz Azərbaycan naminə üç il bundan əvvəl həmvətənlərimizi Avropada bir araya gətirmək istədik. Məhz belə bir xoş məramla da yaxından tanımadığımız bu qrupla bir təşkilatda olmuşuq. Təxminən üç aydan sonra bu şəxslərin həqiqi siması bəlli oldu və dərhal da onlardan uzaqlaşdıq. Abdullayev Elşad və Rzayev Qabil cütlüyü (sonradan bu cütlüyə özünü Abdullayev Elşad sayağı alim kimi təqdim edən və onun kimi də Azərbaycan dilində belə yaza bilməyən Əliyev Riyad adlı birisi də qoşulub) zaman-zaman Avropada yaşayan həmvətənlərimizi hədəf alıblar. Bu insanların kimliyi və qaranlıq keçmişləri bütün dünyaya bəllidir. Malik olduqları xəstə təfəkkür bu adamları zəlil günə qoyub. Özlərinin çirkin məqsədləri üçün onlar heç bir çərçivə tanımır, xalqımızın ən müqəddəs dəyərlərini belə ayaq altına alıb keçirlər. Onlar üçün fərq etmir, daş atdıqları adam qadındır, ya kişi, uşaqdır, ya qoca. Onların hədəfində kimlər olmayıb: Qənimət Zahid, Yeganə Əmiraslanova, Fikrət Hüseynov və digər qiymətli insanlarımız. 
Bu gün həmin qrupun hədəfində Azərbaycanın ləyaqətli ogullardan biri tanınmış hüquqşünas Ataxan Əbilovdur. Ataxan Əbilovun gerçəkdən müdafiəyə ehtiyacı yoxdur. Onun Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda xidmətləri əvəzsizdir. İstər Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ konflikti haqqında, istərsə də Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı Ataxan Əbilovun fəaliyyəti göz qabağındadır. Yel qayadan bir şey aparmaz. Amma qeyd etdiyimiz kimi bu üçlük elə dəyərləri tapdalayır ki, bu da xalqımızın və bütövlükdə Azərbaycan dövlətinin mənafelərini ciddi zərbə altına atır. Bu dəfə onlar çəkinmədən Azərbaycanda yaşayan xalqlar arasında əsrlər boyu mövcüd olan dosluğu, həmrəyliyi, qardaşlığı hədəf alıblar. 
Bu üçlüyün hədəf planında hələ neçə-neçə həmvətənimizin yer alacağı barədə də məlumatlar diqqət verməməyə, onların məkrli niyyətlərini ifşa etməyə çağırırıq. 
P.S. Avropa Azərbaycanlıları Milli Birlik Şurası adı altında yaradılan və ömrü çox qısa sürən təşkilatın dağılma səbəbləri və bu işdə Gabil Rzayev-Elşad Abdullayev cütlüyünün xidmətləri ilə bağlı mətbuata geniş açıqlama veriləcək. 
İmza,
Telman Məcidoğlu
Əli Hacılı 
Qalib Hüseynov
Ehtiram Dəmirov
Bəhruz Əliyev
Elxan Əlibəyli






Fikirlər