21.02.2014. - Jurnalistin “Range Rover”ini soydular
İctimai Televiziyanın redaktoru Esmira Qasımovanı soyublar. Belə ki, jurnalistin maşınından 3 min manat oğurlanıb.
AzerTaym.az saytı xəbər verir ki, E.Qasımova bu barədə sosial şəbəkədə məlumat yayıb.
Jurnalist bildirib ki, ötən gecə evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilin sol qapı tərəfdən şüşəsi sındırılıb. Oğrular onun maşında saxladığı 3 min manat pulunu aparıblar.
Jurnalist oğurluqla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Faktla bağlı araşdırma aparılır.
E.Qasımova maşınının fotolarını da paylaşıb.