"OGRULAR" Lənkəranskinin qatillərinə ölüm hökmü çıxardılar

"Oğrular" Lənkəranskinin qatillərinə ölüm hökmü çıxardılar

Dünən gecə Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan "oğruların" iştirakı ilə "sxodka" keçirilib.

Kriminal "sxodkada əsasən Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən gürcü avtoritetləri iştirak ediblər. 

Kriminal yığıncaq Lənkəranskinin yaxın dostu Merab Canqveladzenin (Merab Suxumski) rəhbərliyi altında keçirilib.

"Sxodkada" tanınmış "oğrulardan" Merab Baxiya, Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ediblər.

"Sxodka" zamanı Rövşən Lənkəranskinin ölümünün təşkilatçıları və icraçılarına ölüm hökmü çıxarılıb. (ölkə.az)






Fikirlər