“MTN işi”nə görə tutulan nazirliyin eks-məsul şəxsləri - Azadlıqda
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “AzerTaym.az”-ın APA-ya istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və onlar şərti olaraq azadlıqdan məhrum edilib. Hər iki şəxs azadlığa buraxılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs olunublar.
Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.