Məşhur qətldəki maşının nömrəsi satışda - FOTO
Bir müddət əvvəl Qubada istirahət mərkəzində sevgilisi tərəfindən öldürülən və uzun müddət medianın gündəmindən düşməyən Könül Zalovanın avtomobilinin nömrəsi satışa çıxarılıb. Aznyus.az xəbər verir ki, 10 OD 999 dövlət nömrə nişanıyla bağlı elan Azərbaycandakı saytlardan birində yerləşdirilib. Diqqət çəkən məqamlardan biri də dövlət nömrə nişanının qiymətidir. Belə ki, nömrə 11 000 AZN-ə satılır. Xatırladaq ki, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün 2016-cı il yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gedib. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E.Əhmədovla K.Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisədən sonra K.Zalovanın meyiti tapılıb. E.Əhmədov K.Zalovanı boğaraq öldürüb, daha sonra isə K.Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Bu cinayətdən sonra isə 10 OD 999 dövlət nömrə nişanıyla bağlı mətbuatda ilginc iddialar yer almışdı. Bildirilirdi ki, sözügedən avtomobil nömrəsi Qubadlı-Zəngilan dairəsindən deputat seçilən İmamverdi İsmayılovun oğlu İlkin İsmayılova məxsusdur. 1 / 4