Bakıda ər keçmiş arvadını qaçırdı
Bakının Sabunçu qəsəbəsində qəribə hadisə baş verib. Belə ki, iki gün əvvəl 1995-ci il təvəllüdlü Könül Həsənova yoxa çıxıb. “Qafqazinfo”nun “Sputnik” agentliyinə istinadən məlumatına görə, qəsəbə sakini Məmməd Həsənov övladı K.Həsənovanın oktyabrın 16-da saat 11:30 radələrində evdən çıxması və bir daha geri qayıtmaması barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Ata övladının qaçırıldığını iddia etsə də, qaçıran şəxsin kim olduğunu dəqiq bilməyib. İlkin araşdırmalar zamanı hüquq-mühafizə orqanlarına məlum olub ki, Könul Həsənovanın ata evindən qoşulub qaçdığı adam keçmiş həyat yoldaşı, Şəki rayon sakini Səlimov Seyid İlqar oğlu imiş. Polislər S.Səlimovu cinayət məsuliyyətinə cəlb etmək niyyətində deyillər.