VİDEO: Bakıdakı dəhşətli qətlin təfərrüatları

 Paytaxt ərazisində iki qətl hadisəsi baş verib.Gecə saatlarında Maştağa qəsəbə sakini tanışını  biçaqlayaraq öldürüb. Nizami rayonunda isə Lerik rayon sakini əmisi oğlunu qətlə yetirib.

Əmioğlular arasında düşən mübahisə ağır cinayətə səbəb olub.

Hadisə səhər saatlarında Bakıda Nizami rayonu Qara Qarayev prospektində baş verib. Lerik rayon sakini 19 yaşlı Elşən Nəsibov aralarında yaranmış mübahisə zəmnində əmisi oğlu 23 yaşlı Elnur Nəsibovu boğazından bıçaqlayıb. Çox qan itirdiyindən yaralı elə hadisə yerindəcə ölüb.

Hadisə yerinə Nizami rayon hüquq mühafizə oqranlarının əməkdaşları gəlib. Rayon polis idarəsinin cinayət axtarış şöbəsi və 25-ci polis bölməsinin əməkdaşları əmisi oğlunu öldürüb qaçmaqda şübhəli bilinən Elşən Nəsibovu saxlayıb. O, dindirilərkən əmisi oğlunu ailə münaqişəsi zəmnində öldürdüyünü bildirib.

Gecə Sabunçu rayonu Maştağa qəsəbəsində də qətl hadisəsi baş verib.Qəsəbə sakini 38 yaşlı Tofiq Şəkərov aralarında yaranmış mübahisə zəmnində 28 yaşlı İsmayıl Abdullayevə bıçaqla bir neçə zərbə vurub. Yaralı xəstəxanaya aparılsada onun həyatını xilas etmək mümkün olmayıb. Sabunçu rayon 14-cü polis bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən Tofiq Şəkərovu saxlayaraq istintaqa cəlb edib. Hər iki faktla bağlı cinayət işi başlanıb.

 






Fikirlər