İlanla fala baxan məşhur ekstrasens tutuldu



Bakıda özünü ekstrasens kimi təqdim edərək dələduzluq edən qadın saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami rayon 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.

Faktla bağlı araşdırma aparılır.






Fikirlər