Bakıda polisi güllələdilər polisi güllələdilər
Bakıda silahlı insident olub. *** Bakıda polislərə atəş açılması hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, gecə saatlarında 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Bayramov İltifat Nizami oğlu digər polis əməkdaşları ilə birgə bölmənin ərazisinə gecə gəzintisinə çıxıb. Polis əməkdaşları R.Məmmədov küçəsi 12 ünvanında şübhəli şəxs hesab etdikləri əvvəllər məhkum olunmuş Antonov Yevgeni İqoryeviçi saxlamaq istəyiblər. Bu zaman Y.Antonov "Naqan" tipli tapançadan polislərə 4 dəfə atəş açıb. Güllələrdən biri İ.Bayramovun buduna tuş gəlib və onun sol budunun yuxarı üçdəbir hissəsini dəlib keçib.
Azərtaym.az “Qafqazinfo” - a istinadən xəbər verir ki, hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb. Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni tərədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi “Naqan” tipli tapança götürülüb.
Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Yaralı polis zabiti əvvəlcə 3 saylı şəhər xəstəxanasına, oradan da DİN-in hospitalına aparılıb.