Azərbaycanlı Yerevanı bir-birinə qatdı
Rusiya paytaxtı Moskvada oktyabrın 11-i toy mərasimində atəş açan şəxs polis bölməsində izahat yazıb. AzVision.az “TASS”-a istnadən xəbər verir ki, hadisə Moskvanın Yerevan küçəsində baş verib.
Rusiya DİN-in Moskva üzrə idarəsinin rəisi Andrey Qaliakberovun sözlərinə görə, atəşi toy mərasiminin qonaqlarından biri, 29 yaşlı Azərbaycan vətəndaşı açıb.
“Öz izahatında vətəndaş göstərib ki, o həqiqətən də travmatik tapançadan havaya bir neçə dəfə atəş açıb. Daha sonra o, tapançanı toy kortejinin getdiyi istiqamətdə atıb”, - deyə rəis bildirib.
Hadisəyəg görə, Azərbaycan vətəndaşı saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin “dələduzluq” maddəsi üzrə iş açılıb.
Hadisə Moskvanın cənubunda Kaspiysk və Yerevan küçələrinin yolayrıcında baş verib. Daha sonra polis toyun 16 iştirakçını saxlayıb və avtomobillərə baxış keçirib.