Həbsxanada qiyamı baş verib – 30 nəfər ÖLÜB
Braziliyanın şimalında növbəti həbsxana qiyamı baş verib. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Riu-Qrandi ştatında yerləşən həbsxanada baş verən qiyam nəticəsində azı 30 nəfər ölüb. Qeyd edək ki, son iki həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub. AzerTaym.az
İnsidentin səbəbi hələ ki, məlum deyil. Ölənlərin sayının artacağı istisna edilmir.