Moskvada dəhşətli YANĞIN - ölü sayı 17-yə çatdı - YENİLƏNİB
Moskva şəhərinin şimal-şərqində yerləşən bir anbarda baş verən güclü yanğın kütləvi ölümə səbəb olub. Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, son məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 4 nəfər xəsarət alıb. RİO Novosti agentliyinin verdiyi xəbərə görə, həlak olanların hamısının MDB ölkələrinin vətəndaşlarıdır. Qeyd edək ki, yanğın “Peçatnıy ekspress” QSC-yə məxsus mətbəədə baş verib. Hüquq mühafizə orqanları yanğının səbəbini araşdırırlar. Faktla bağlı cinayət işi açılıb.
Ölənlərin MDB respublikalarının vətəndaşları olduğu bildirilir.
Tipoqrafiya mallarının saxlanıldığı anbarda baş verən yanğının qarşısı alınıb. Hadisə zamanı 12 nəfər xilas edilib. Faktla əlaqədar araşdırma aparılır...
***
Moskvanın şimal-şərqində Altufev şosesində anbarda baş verən yanğın nəticəsində ölənlərin sayı 17-ə çatıb. Belə ki, yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.