Özünü qatarın altına atdı - ayağını dizdən KƏSDİLƏR

Dünən Ucar rayonunda baş vermiş intihara cəhdlə bağlı bəzi məqamlar üzə çıxıb. 

Lent.az xəbər verir ki, Ucar şəhər sakini, 1967-ci il təvəllüdlü Pirqafarov Adil Mirələkbər oğlu özünü rayon mərkəzindən keçən dəmir yol xəttində qatarın altına atıb.

Bildirilir ki, A.Pirqafarov hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilib və bir ayağı dizdən amputasiya edilib. Onun həyatı üçün təhlükə qalmayıb.

Məlum olub ki, hadisə vaxtı 50 yaşlı kişi sərxoş olmayıb. O bir neçə il əvvəl həyat yoldaşından boşanıb və valideynlərinin yanında yaşayır. A.Pirqafarov xeyli vaxtdır ki, işsizdir.

Araşdırmalar davam etdirilir.






Fikirlər