Məmur oğlu ilə sakinlər arasında qarşıdurma - FOTOLAR
Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Nicat Abdullayev bir müddət əvvəl avtoxuliqanlığa görə saxlanılması ilə gündəmə gəlmişdi. AzerTaym.az xəbər verir ki, musavat.com-un yazdığına görə, Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinləri məmur oğlundan şikayətçidirlər. Belə ki, binanın 6-cı mərtəbəsindəki 52 saylı mənzildə yaşayan Nicat Abdullayev eyvandan həyətə şüşə butulkalar, qablar atır. Nəticədə həm bina sakinləri, həm də onların avtomobilləri üçün ciddi təhlükə yaranıb. Onun atdığı butulka və qablar dəfələrlə avtomobilləri zədələyib, oradan keçən insanlar möcüzə nəticəsində xəsarət almayıb. Sonuncu dəfə iki gün əvvəl Nicat Abdullayevin atdığı butulkalar maşınların üstünə düşüb, əraziyə polis çağırılıb. Nicat Abdullayevə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşlarının gedişindən cəmi bir neçə saat sonra yenə butulkalar atmağa başlayıb. Bina sakinləri çıxış yolunu avtomobillərini Nicatın yaşadığı mənzilin pəncərə və eyvanının altında saxlamamaqda, özləri isə oradan keçməməkdə görürlər. Sayt yazır ki, N.Abdullayev eyni əmələ görə bir dəfə cəza alıb. Məmur-biznesmenin oğlu qonşularla davaya görə bir ay əvvəl də həbsdə olub.