VAHİD ƏLİYEV NİYƏ “VURULDU”? - “Ordudakı casus işinin ROLU OLA BİLƏR”

2_Vahid Aliyev270906-big

Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub. Onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. F.Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Bu, kifayət qədər ciddi dəyişiklikdir. Heç şübhəsiz ki, Vahid Əliyevin vəzifəsindən azad olunmasının arxasında Azərbaycan Ordusundakı son proseslərin – “Casus işi”nin rolu var.

Adının çəkilməsini istəməyən ekspertlərdən biri “AzPolitika”ya açıqlamasında bu ehtimalı yüksək qiymətləndirib: “Görünür belə böyük biabırçılıqdan sonra Prezident bu qərara gəlib ki, Vahid Əliyev vəzifəsinə yararsız kadrdır”.

 






Fikirlər