Azərbaycanlı iki adamı güllələdi, sonra ÖZÜNÜ VURDU
Təbriz şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Polis İdarəsinin İctimai Məsələlər üzrə rəis müavini polkovnik Əli İsməilpur məlumat yayıb. O, hadisənin Təbrizin Münəccim xiyabanında baş verdiyini açıqlayıb: “İyunun 1-də təxminən 55 yaşlı bir kişi öz yaşlarında olan iki kişiyə tapança ilə atəş açıb. Naməlum şəxs güllələdiyi iki kişini yaraladıqdan sonra öz başına güllə vuraraq intihar edib. Güllə yarası alan şəxslər dərhal xəstəxanaya çatdırılıb”. Yaralılardan biri tərəflər arasında daşınmaz əmlakla bağlı ixtilaf olduğunu deyib. Hələ ki, hadisənin təfərrüatı ilə bağlı geniş məlumat yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb.