Dünən Daxili İşlər Nazirliyi Bakıda baş vermiş quldurluq hadisəsi ilə bağlı yaydığı məlumatla birlikdə tirajlanan fotolar geniş müzakirə mövzusu olub.
BakuPost.az xəbər verir ki, sevgilisi ilə birlikdə oğurluqda ittiham olunan qız gözəlliyi ilə hər kəsin dilinə düşüb.
Cinayətdə iştirak etdiyinə görə tutulmuş Səidə Kərimovanın xarici görünüşü ilə yanaşı üzərindəki kiçik xəsarətləri də müzakirə edilir.
Məlumata görə, əslən Şəmkir rayonundan olan Səidə Kərimovanın 23 yaşı var. O, cinayəti tanışı (bəzi KİV-də sevgilisi – red.) İsrafil Hüseynovla birgə törədib.
Belə ki, onlar 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və "Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tuta bilib. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilib. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçib.
Ən maraqlısı isə odur ki, cütlüyün ələ keçirmək istədiyi pulqabında cəmi 6 manat nağd pul və bank kartları olub.