Bu gün Flora Kərimovanın – 75 YAŞI tamam olur

 

Bu gün məşhur estrada müğənnisi, Azərbaycanın xalq artisti Flora Kərimovanın 75 yaşı tamam olur. Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub.

O, 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Flora Kərimova 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. Flora Kərimovanın səsi bütövlüklə 4 oktavanı, yəni bütün – istər aşağı, istər orta, istərsə də zil yüksəklikdə olan notları əhatə edir.

Onun repertuarında Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirovun bəstələdiyi mahnılar başlıca yer tutur.

Flora Kərimova “Qanun naminə”, “Həyat bizi sınayır”, “Yollar görüşəndə” filmlərinə çəkilib.(APA)

 






Fikirlər