Bakıda “Topaz” məntəqəsində QANLI DAVA
Bakının Nərimanov rayonundakı "Topaz" mərc oyunları məntəqələrindən birində bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, Ağa Nemətulla küçəsi 35 ünvanında yerləşən məntəqədə işləyən 1994-cü il təvəllüdlü Yusifzadə Fərid Fazil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ayaq nahiyəsindən 2 bıçaq xəsarəti alan gənc xəstəxanaya yerləşdirilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məntəqə işçisini bıçaqlayan şəxsin oraya müştəri kimi gəlmiş 1990-cı il təvəllüdlü Nəcəfli Ülvi Fərhad oğlu olması müəyyən edilib və tutulub.
Araşdırma aparılır.AzerTaym.az