"Azərbaycanda qaynanam var, səninlə evləndirəcəm" deyib türkə 22 min "atdı" - VİDEO

Türkiyənin Bursa şəhərində mağazada satıcı işləyən azərbaycanlı Məhəmmədəli O. 74 yaşlı Türkiyə vətəndaşına qarşı dələduzluq edib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursanın Yıldırım bölgəsində baş verib. 44 yaşlı azərbaycanlı baxıma ehtiyacı olduğu üçün evlənmək istəyən M.F.A. adlı şəxsi dul qaynanası ilə evləndirəcəyi vədilə aldadıb və 22 min TL pulunu mənimsəyib.

Məhəmmədəli təklifinin qəbul edilməsi üçün M.F.A-dan yol və passport məsrəfləri bəhanəsilə xeyli pul alıb. Bundan sonra isə qardaşı həbsdə olduğuna deyərək kredit kartını əldə edib.

Ümumilikdə 22 min lirə pulu mənimsənilən M.F.A polisə müraciət edib. Polisin araşdırması zamanı evli olmadığı ortaya çıxan dələduz Məhəmmədəli O. qonşusu M.F.A-dan pul alarkən saxlanılıb.

Həmin şəxsin daha əvvəl də iki dəfə dələduzluq etdiyi məlum olub. Məhəmmədəli polis bölməsinə gətirilən zaman fotosunu çəkmək istəyən müxbiri də təpiklə vurub.


 






Fikirlər