Rüşvət üstündə tutulan bələdiyyə sədri HƏBSDƏ ÖLÜB
Həbsdə olan bələdiyyə sədri vəfat edib. Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.
apa