Biznes qurmaq adı ilə 3 KİŞİNİ aldadan qadına 6 il CƏZA kəsildi - 150 minlik iş

3 nəfərə qarşı dələduzluq edən qadına hökm oxunub. O, bizneslə məşğul olurmuş.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməklə ələ keçirməkdə təqsirləndirilən Aygün Rəhimovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən Aygün Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Картинки по запросу oglanlar sekis

İttihamda yazılır ki, Aygün Rəhimova 3 nəfərə qarşı dələduzluq edib.

Məlumata görə A.Rəhimova Qüdrət Məmmədova şərikli biznes qurmaq təklif edib. Bu məqsədlə ondan 85 min manat pul alıb. Lakin onun etibarından sui-istifadə edərək verdiyi sözə əməl etməyib.

Başqa epizodda isə "İphone" telefonunun satışı ilə məşğul olmaq adı ilə Qüdrət Məmmədovdan əlavə olaraq 14 min manat da alıb. Lakin yenə o pulu qaytarmayıb.

Aygün Rəhimova son olaraq isə Surxay Məmmədovdan qızıl zinət əşyaları alıb. Lakin aldığı 55 min manatlıq qızılları sataraq pulunu qaytarmayıb.

Похожее изображение

Ümumi ziyan 154 min manata yaxındır.

Aygün Rəhimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildik) maddəsi ilə ittiham edilir.

 






Fikirlər