DİALİZ Xəstələrinin Mübahisəsi QANLA Bitdi: BOĞAZINI KƏSDİ

Şirvanda dializ xəstəsi digər dializ xəstəsini bıçaqla ağır yaralayıb.

APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb.
Sərnişin - 1979-cu il təvəllüdlü Teymur Əliyev taksi sürücüsü, 1987-ci il təvəllüdlü Afiq Novruzovun boğaz nahiyəsinə 2 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə mühafizə xidmətinin köməyi ilə Şirvan Diaqnostika Mərkəzinə yerləşdirilərək əməliyyata götürülüb. Yaralının çoxlu qan itirdiyi bildirilir.
Polis hadisəni törədən T.Əliyevi saxlayıb.
Onların hər ikisi dializ xəstəsi olub. Şirvan Diaqnostika Mərkəzinə də dializ proseduruna birlikdə gəliblər. Elə avtomobilin salonunda aralarında baş verən mübahisə sonda qanla bitib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 






Fikirlər